Novbahar əyyamıdır, mən zar qaldım yarsız
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Novbahar əyyamıdır, mən zar qaldım yarsız,Hiç bülbül olmasın bu fəsldə gülzarsız.
Ol güli-alə dedim bir yanıma gəl birəqib,Güldü ki, ey aşiqi-şeyda, gül olmaz xarsız.
Getsə şami-tirə rövşən sübh olur, lakin mənimRuzgarım tar olur ol türreyi-tərrarsız.
Çox edən bimarə xidmət, aqibət bimar olur,Leyk könlüm xəstədir ol nərgisi-bimarsız.
Seyrdə əğyarə bax, ol mahə oldu müştəri,Mən vəbala düşmüşəm ol kövkəbi-səyyarsız.
Nükteyi-pinhanı sor ləli-ləbi-dildardən,Ey könül, olmaz dəhani-yar hiç əsrarsız.
Məqtə — şairin təxəllüsü olan son beyt. Zülfünü daim basar bağrına çeşmi, vəchi var,Seyyida, kəc getmə kim, əfsungər olmaz marsız.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-novbahar-eyyamidir-men-zar-qaldim-yarsiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Görək meydən nə fitnə oldu hadisKi, zahid söylədi ümmülxəbais?!
Könlümün zövqinə bir qönçədəhəndir baisKönlümün zövqinə bir qönçədəhəndir bais,Ləzzəti-ruhuma ol təlxsüxəndir bais.
Eylər şərab ləli-ləbinlə müdam bəhsEylər şərab ləli-ləbinlə müdam bəhs,Gün tək bu rövşən oldu ki, eylər həram bəhs.
Dil etsə nolar sineyi-sədçakə təşəbbüsDil etsə nolar sineyi-sədçakə təşəbbüs,Suyə batan eylər xəsü xaşakə təşəbbüs.
Başqa şairlərin şeirləri · Eşq
Bir lalərüxəm, eşqimə sultan ola bilsən,Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
هر که را با سرِ زلفِ سیه افتد کارشچون سیه کاران آشفته بود بازارش
Məndən(Əli Əkbər) xidmətinəSalam olsun rəvan məndən
Gədə, mən qurban olum qaşları kaman bacınaGədə, mən qurban olum qaşları kaman bacına,Belə bir şux baxan kirpiyi peykan bacına,