Gədə, mən qurban olum qaşları kaman bacına
Gədə, mən qurban olum qaşları kaman bacına,Belə bir şux baxan kirpiyi peykan bacına,Məməsi misli-şəkər, gözləri ceyran bacına,Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına,Məst damənkəşü xəndanü xuraman bacına.
Maşallah ki, əcəb hüsnü cəmal sahibidir,Qəbqəbü zülfü zənəxdan, xətü xal sahibidir,Özü bir afəti-can, qəmzəsi qal sahibidir,Gün kimi neməti-xubluqda kamal sahibidir,Bizi bir çaştə qonaq etsə, nə nöqsan bacına?
Görmüşəm gözlərini – nərgisi-məstanə kimi,Gecə-gündüz gəzərəm çölləri divanə kimi,Ələ düşsə, dönərəm başına pərvanə kimi,Parə-parə ciyərim eyləmişəm şanə kimi,İstərəm sarmaşam ol zülfü pərişan bacına.
İltimas et ki, ona bəsdir, a zalim, bu qədər,Bir əzizəm, məni incitməsin, Allahı sevər,Qorxuram ahə düşə; eyləsin, əlbəttə, həzər,Bitəkəllüf sizə çox-çox gəlibən getsəm əgər,Məni mən eyləmə kim, aşiqəm, oğlan, bacına.
Gedibən əqlü huşum, namusü arım kəsilib,Olmuşam maili-mey rahi-güzarım kəsilib,Xubların rövzeyi-kuyində mədarım kəsilib,Vaqifəm, onun üçün səbrü qərarım kəsilib,Olmuşam, ərz eləyim, valehü heyran bacına.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-gede-men-qurban-olum-qaslari-kaman-bacina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aldı canım naz ilə ol gözləri şəhla pəri,Ləbləri püstə, yanağı laleyi-həmra pəri,
Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi?Bu hal ilə, həbibim, həsrətindən can keçsinmi?Cigər pürkaləsindən navüki-müjgan keçsinmi?
Ey səbaEy səba, yarə de kim, avarə gördüm Vaqifi,Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi,
GörmədimMən cahan mülkündə, mütləq, doğru halət görmədim,Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim