Bilmənəm məndən neçün ol sevgili canan küsüb
Bilmənəm məndən neçün ol sevgili canan küsüb,Üzümə baxmaz dəxi, bir gözləri məstan küsüb,Ağladır qanlar mənə, rüxsarəsi xəndan küsüb,Qara günlərdə qoyub məni, məhi-taban küsüb,Könlümün şəhrin sərasər eyləyib viran, küsüb.
Bağrımı vermiş kəsər kirpiklərin əlmasına,Ağlamaqdan gözlərim dönmüş iki qan tasına,Gecə-gündüz düşmüşəm dərdü qəmin dəryasına,Rəhm qılmaz, ah kim, öz aşiqi-şeydasına,Dərdi öldürdü məni, bir eyləməz dərman, küsüb.
Eylə ki, görər məni, yaylıq çəkər rüxsarinə,Bir zaman qoymaz tamaşa eyləyim didarinə,Danışar qeyrilə, baxmaz mən qədimi-yarinə,Nə demiş məndən rəqib ol xubların sərdarinə?Gəlmişəm ərzə, nəhayət, eyləməz divan, küsüb.
Bu qədər kim, söylərəm, tutmaz mənə qulağını,Yoluna üz qoymuşam, basmaz gözəl ayağını,Neylərəm canımın olmaq dəxi sağ qalmağını,Döndərib üzün, yığıbdır qaşını, qabağını,Ey könül, gəl olalım bu dilbərə qurban, keüsüb.
Danışıb gülməz üzünə ol pərivəş Vaqifin,Sındırıb könlün, yaxıb canın müşəvvəş VaqifinOl səbəbdən canına düşmüş bir atəş Vaqifin,Cürmü təqsiri nədir, yarəb bəlakeş Vavqifin,Söylərəm munca, eşitməz dad, əlaman küsüb.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-bilmenem-menden-necun-ol-sevgili-canan-kusub
← → düymələri ilə keçid, R — təsadüfi şeir