Ey Məkkəni, Mədinəni yaradan,Bir fikir çək əhvalına Vaqifin.Ol qaşı qibləyə üz sürtmək istər,Mədəd eylə iqbalına Vaqifin.

Gözündən irağa düşübdür yarı,Kəsilib könlünün səbrü-qərarı.Üz çevirmiş yenə Mədinə sarı,Nə düşübdür xəyalına Vaqifin.

Mənim yarım deyil ol Kəbədən kəm,Xal həcərül-əsvəd, dəhanı zəm-zəm,Bir zaman olsaydım onunla həmdəm,Xət çəkilər vəbalına Vaqifin.

Sərxoş durub mina boylu sağıdan,Yaralıdır qəmzəsi ol yağıdan.Zülfü ənbər – ağlı başdan dağıdın;Nə sözü var kamalına Vaqifin.

Yüz zülfü pərişan, hindu xal olsa,Yüz şəkər göftarlı, ləbi bal olsa,Yüz şirindil, ənbərbu maral olsaYetə bilməz maralına Vaqifin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq