Neylərəm, belə munun mən... iqbal içinə
Neylərəm, belə munun mən... iqbal içinə,Handa üz tutdum isə, düşdüm elə qal içinə,Gündə yüz gəz düşə aşüftəlik əhval içinə,Qorxum oldur ki, sabah ağ düşə saqqal içinə,Hər sənəm görsə deyə kim... çal içinə.
Etməyə bir sənəmin kim, səni heç könlü qəbul,Sən ona istər isən eyləyəsən canını qul,Canına rəhm eləməz, yanasan oda yüz yol,Saqqalı ağ olanın qiymətidir bir qara pul,Gərçi girsən bəzənib gündə yaşıl, al içinə.
Kim ki, birçəklərini sünbülə timsal salır,Xubların başına qovğa gətirir, qal salır.Dami-təsxirə pəriruləri filhal salır,Abirudən kişini dünyada saqqal salır,Salma saqqalını əndamə onun sal içinə.
Sahibi-saqqal əgər yüz ola sahir sözlü,Yəni başdan-ayağa ləhcəsi şirin, duzlu,Ram olub baxmaz ona hiç bir ahu gözlü,Nola saqqala yavuq gəlməsə bir gül üzlü,Kim qıyar ki, düşə gül yarpağı qanqal içinə.
Demə, Vaqif ki, flan kimsənə çox zirəkdir,Ya flan şeir deyir, yazısı həm göyçəkdir,Ya flan kəndxudanın simü zəri lək-ləkdir,Xubların sevdicəyi sadəvü top birçəkdir,... onlar xəttü şerü kəmalü mal içinə.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-neylerem-bele-munun-men-iqbal-icine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey mahi-şərəf, mehrü vəfalər gətiribsən,Çox lütfü kərəm, cudü ətalər gətiribsən,
Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!Əla ey təxtigahi-mədələt sultanı, xoş gəldin!Xəyalım şəhrinin sərdari-zül-ehsanı, xoş gəldin!
Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin!Mərhəba, sən bizə, ey türfə cavan, xoş gəldin!Payinə peşkəş ola baş ilə can, xoş gəldin!
Ol mahi-münəvvər ki, səhərdən gedəcəkdirOl mahi-münəvvər ki, səhərdən gedəcəkdir,Şəmi rüxi-pürnuri nəzərdən gedəcəkdir,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
YarAşıq Şenlik:*Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar,
DənizdirÇocuqluqdan vuruldum, mənim sevgim dənizdir,Dəniz aydın, dəniz göy, dəniz göydən təmizdir.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi