Sevdayi-saçın, keçsə yüz il, sərdən üzülməz,Can riştəsi geysuyi-sitəmkərdən üzülməz,Məddi-nəzərim qəddi-sənubərdən üzülməz,Dil şovqi-tamaşayi-səmənbərdən üzülməz,Xunin cigərim kirpiyi-xəncərdən üzülməz.

Rahində sənin dil nə qədər ki, düşə şərrə,Tiğin ilə doğranə əgər bir neçə kərrə,Torpağımı yellər dağıda bəhrlə bərrə,Cümlə bədənim ruyi zəmində ola zərrə,Könlüm o ruxi-mehrü münəvvərdən üzülməz.

Yüz baği-İrəm gər ola, yüz rövzeyi-gülşən,Yüz xüldi-bərin, mənzili-əlavü müzəyyən,Heç vəchlə sizdən üzümü döndərə bilməm,Əvvəlü axır bil eşiyindir mənə məskən,Ölsəm də, ayağım mənim ol dərdən üzülməz.

Nöqsan ki, ucundan çəkəm, ey qaşı hilalım,Eylə sanıram, artar o gün fəzlü kəmalım,İstər mənə mehr eyləmə heç, al elə, zalım,Sənsən gecə-gündüz həmişə fikrü xəyalım,Dilimdə adın hər zaman əzbərdən üzülməz.

Sən də, gözüm, Allaha baxıb, zülmü az eylə,Peyvəstə könül yıxsan əgər, bir də saz eylə.Ahim tütünü gör necədir etiraz eylə,Öz Vaqifini lütf edibən sərəfraz eylə,

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri