Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bağlər səbz oldu, olmaz xatirim xürrəm hənuz,Gül açıldı, bülbül oldu şad, məndə qəm hənuz.
Aləm oldu şad, bülbül vəsli-güldən kamyab,Məndədir bir gül fərağından qəmi-aləm hənuz.
Kuhkən dağ üzrə oldu tişeyi-qəmdən həlak,Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz.
Afitabım, ləlini bir gecə görmüş xabdə,Şövqdən dürlər tökər bu dideyi-pürnəm hənuz.
Mehri ol mahın siriştə oldu ol gün könlüməKim, müxəmmər olmamışdı tiynəti-Adəm hənuz.
Ey Məsihadən ləbin canbəxş, ləlin dilrüba,Görməyib sən kimi bir ruhi-rəvan Məryəm hənuz.
Görmüşəm xab içrə bir müddətdi qaşın tağını,Qəddim ol mehrab şövqindən qalıbdır xəm hənuz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Xal məhrəm, sürmə həmdəmdir o mahə, Seyyida,Mən qərabəxtü qəragün olmazam məhrəm hənuz.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-bagler-sebz-oldu-olmaz-xatirim-xurrem-henuz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün atlandı Heydərü Səfdər,Sağda Siddiq, sol yanında Ömər.
Şahın mülazimi ilə zarafatıQıldı bir padşah əzmi-şikar,İsti oldu o gün həva büsyar.
Oğluma nəsihət (Ey oğul, şahə eyləmə cürət)Ey oğul, şahə eyləmə cürət,Şah təbinə özgədir halət.
Hədis (Olsa mehmanın, ey pəsər, kafər)Olsa mehmanın, ey pəsər, kafər,Ona ikram eylə, cani-pədər.