Mehri-rüxsarüvi dil mahi-səmadən seçməz,Etibarı yox onun, ağı qəradən seçməz.

Nə hünərdir ki, tanır xublər içrə səni dilHansı bir kəsdir o kim, şahı gədadən seçməz

Ey ləbin aşiqə külqənd, gözün bimarıMövtə müşrifdi, dəxi dərdi dəvadən seçməz.

Bəski dil aşiqi-göftari-şəkərbarındır,İstəyir nitqüvi, düşnamı duadən seçməz.

Dili divanəni zəncirə çəkərsən yeri var,Ətri-zülfün nə üçün müşki-Xətadən seçməz.

Sən nə bütsən ki, əya Kəbeyi-ərbabi-səfa,Mərveyi-kuyüvi hüccac Səfadən seçməz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Demə Seyyid, ki vəfa tərkin edib qıldı cəfa,Tifldir yar, hələ zülmu vəfadən seçməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq