Kim ki, meyxanəni bu dəhrdə bünyad etdi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Kim ki, meyxanəni bu dəhrdə bünyad etdi,Həqq onu şad edə kim, aləmi dilşad etdi.
Seyli-qəm etmiş ikən aləmi-imkanı xərab,Rəhmət ol şəxsə ki, meyxanəni abad etdi.
Bəndeyi-piri-müğanəm ki, inayətlər edib,Özlügümdən məni bir cam ilə azad etdi.
Zahida, düxtəri-rəz ümmi-fəsad isə əgər,Nəxli-ənguri neçin həqq özü icad etdi?
Məqtə — şairin təxəllüsü olan son beyt. Hamı məscid tərəfə getsə əgər, ey Seyyid,Bəs neçin piri-müğan meykədə bünyad etdi.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-kim-ki-meyxaneni-bu-dehrde-bunyad-etdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qədəhlərdə hübab-asa könül düşmüş həvalərdən,Şərabi-nabsız dil Kəbəsi düşdü səfalərdən,
Məgər bənəfşə müəttər qılıb gülüstaniMəgər bənəfşə müəttər qılıb gülüstani,Nəsim cünbüşü təprətdi şaxi-reyhani,
Şəhri-Şirvanın əcəb dilbəri-dilculəri varŞəhri-Şirvanın əcəb dilbəri-dilculəri var,Gülbədən, qönçədəhən, sadəvü məhruləri var,
Xoşa ol aşiqə kim məclisində yarı olaXoşa ol aşiqə kim məclisində yarı ola,Visali-yardə fərxəndə ruzigarı ola.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Məftuni-səri-zülfüne qüllab gərəkməz,Rəncuri-ləbi-ləlinə innab gərəkməz.
HardadıMolla Kərim, indi səndən soruşum,Söylə, sənin din-imanın hardadı?
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Hüsn mülkündə saçın tapdı böyük bir şöhrətHüsn mülkündə saçın tapdı böyük bir şöhrət,Bu qəra üzlüyə bax gördü nə ali hörmət!