Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hüsn mülkündə saçın tapdı böyük bir şöhrət,Bu qəra üzlüyə bax gördü nə ali hörmət!
Gözlərin keçmiş idi, yar, qanımdan, niyə bəs--İntiqam almaq üçün indisə vermir möhlət?
Eşq rahində itən qəlbimi mən tapmayıram,Görünür çoxdu bu yollarda itən cəmiyyət.
Zülfünü mənzil edibdir özünə mürği-dilim,Qəribin mənzili daim olur axşam zülmət.
Saqiya ver mənə bir badə içim fürsət ikən,Bu orucluq ayı sonra mənə verməz fürsət.
Qara xal məhrəm olubdur dodağın guşəsinə,Qara hindu nə gözəl yerdə olubdur rahət!
Məqtə — şairin təxəllüsü olan son beyt. Çoxları cəhd elədi vəsf edə bu hüsnünü yarXoş kəlam Qüdsiyə oldu belə nemət qismət.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-husn-mulkunde-sacin-tapdi-boyuk-bir-sohret
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Söz yandı qələmin ucuyla həmən,Fitnənin əliylə soldu bağ, çəmən,
Ah necə mən tapım bu dərdə dərmanAh necə mən tapım bu dərdə dərman,Ki, zülfü, dodağı, rüxsarı haman.
Saraldı Günəşin üzu bu səhərSaraldı Günəşin üzu bu səhər,Məhtabım boyuyla sərvi xar edər.
Ey könül, yanmaqdan qorxmursan sən dəEy könül, yanmaqdan qorxmursan sən də?Pərvanə xisləti varmıdır səndə?
Başqa şairlərin şeirləri · Eşq
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
بد دوش چه، راز، با که، با یار مراپنهان ز که، از خصم، چه انکار مرا
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
OlmusanYazıq könül, nə sızlarsan, bülbülə tay olmusan,Haçan yardan yarımısan, sevilib bay olmusan?