Gün üzrə ay tuluimi ya gün kəmanıdır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Gün üzrə ay tuluimi ya gün kəmanıdır,Ya qaşdurur bu cümləsi aşıq gümanıdır.
Cami-cahannümayə düşüb əksi-asiman,Xalın səvadi əxtəri-bəxtim nişanıdır.
Göstərsə, yox əcəb, yədi-beyza Kəlimi-təb,Hala ki, şaxi-güldə təcəlla zamanıdır.
Badi-səba əbirfişani-çəmənmidir,Ya bustani-hüsn ruxün busitanıdır?
Şövqi-təranə, qüvvəti-pərvaz olurmu hiç,Ol əndəlib üçün ki, qəfəs aşiyanıdır?
Dilbər bəyani-halim eşitməzsə, yox əcəb,Pərva qılurmu əhli-cünun dastanıdır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qüdsi, üzari-zərdimi əşk etdi laləgun,Bu gülşənin baharı, zəmani-xəzanıdır.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-gun-uzre-ay-tuluimi-ya-gun-kemanidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dostlar, mənim əhvalımdan siz olunuz baxəbər,Gorun mənim şadlığımdan qalmışdırmı bir əsər?
Fikrin izahıOmur kecdi boş-boşuna, etdik daim ahu-vah,Kecdi xoşluq zamanları, catdı bəla gunu, ah!
Nəfsin qorunmasıQudsi meydən qudsi nəşə istəmişdir hər zaman,Hər kəs olar məclislərdə bu nəşəylə kamiran.
Mətləbin tədriclə açılmasıCox zamandı urəyimdə dolanırdı bu sual,Gorəsən ki, icən zaman necə dəyişir əhval?