Hər kim edərsə vərdiş eşqü səfayi-yarə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hər kim edərsə vərdiş eşqü səfayi-yarə,Əvvəlcə ixtiyarı atsın gərək kənarə.
Bizdən ərzü təmənna, rəddü qəbul yardan,Bu işlərin nə xeyri var imiş intizarə?!
Ənbər saçan o zülfün aşütfə olmasından,Verdin bir asudəlik bu qəlbi-biqərarə.
Bu eşqin aləmində vardır behişt-cəhənnəm,Baxsan fəraqi-yarə, ya vəsli-gülüzarə.
Bağban icazə versə bağə girim, nə fayda,Dözmək olarmı, aya, gülçinə, zülmi-xarə?!
Bülbülləri salardım qəfəslərə bir anda,Dağıdıb son qoyardım xəzanə, novbaharə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qüdsi, bu xoş çəməndə bir laləüz həvası,Xakə salıb qan etdi, dağ çəkdi qəlbi-zarə.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-her-kim-ederse-verdis-esqu-sefayi-yare
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, yuyub apar yuxunu didədən bir an,Gün tək şərabə cilvə verib parlat hər zaman,
Sən orda səfa eylə dilculər arasındaSən orda səfa eylə dilculər arasında,Mən qalmışam avarə gürculər arasında.
Səhər ki, badədən aldı üzün bu rəngilə tabSəhər ki, badədən aldı üzün bu rəngilə tab,Şəfəq utandı, günəş ruyi üstə çəkdi niqab,
Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdirXoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdir,Odur həm Cəbrəilu vəhy, o Qurandır, peyəmbərdir.
Başqa şairlərin şeirləri · Eşq
Ey mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.