Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xoş ol qəlbə ki, hər mövqe ona bir eşq rəhbərdir,Odur həm Cəbrəilu vəhy, o Qurandır, peyəmbərdir.
Əgər aləm desə aşiq olubdur kafər, eyb etməz,Bu sözlər macərayi-haləti-Səlmanü Buzərdir,
Yəqin məslək cahanında bulunmaz xasü am əsla,Ədalət--imana, zülmü sitəm--küfrə bərabərdir.
Bu incə nöqtə həll olmaz ağılla, mey gətir saqi,Sənə ta kəşf edim halı, bu dəm hər şey müqəddərdir.
Əlindən yaxşı bir iş çıxmayan kəslər deyil mömin,Həqiqət və ədalətdən kənar hər kəs də kafərdir.
Əməksiz bil bu aləmdə iş aşmaz, ruzi bəxş olmaz,Bizimdir hər əməl, hər iş, bizə bunlar müyəssərdir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nə çatsa dostdan, ey Qüdsi, təşəkkür eylə, razı ol,Ki, hər qəmdən sora şadlıq bu dünyada muqərrərdir.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-xos-ol-qelbe-ki-her-movqe-ona-bir-esq-rehberdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aman ki, ol zalim canan ğarəti-can edib getdi,Bu sinəmi bir şuridə qələ, zindan edib getdi.
Arizu eylər könül dildar gəlsin, gəlmədiArizu eylər könül dildar gəlsin, gəlmədi.Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.
Bica yerə etmir qaşına səcdə hər əhbabBica yerə etmir qaşına səcdə hər əhbab,Çünki sayılar qiblə hər an guşeyi-mehrab.
Bir səhər vaxtında birdən gəldi hatifdən nidaBir səhər vaxtında birdən gəldi hatifdən nida,Müjdə olsun zöhddən, dindən qaçan hər insana.
Başqa şairlərin şeirləri · Eşq
Oldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Xosrov və Şirin, fəsil 12Eşqdən başqa söz könlümə yaddır,Ömrümün quşuna sevgi qanaddır.