Bir səhər vaxtında birdən gəldi hatifdən nida
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bir səhər vaxtında birdən gəldi hatifdən nida,Müjdə olsun zöhddən, dindən qaçan hər insana.
İndi ki, yoxdur ağılda, nəfs əlində ixtiyar.Yox olur başlanmadan hər eşqə bağlı macəra.
Dur gətir, saqi, o meydən kim, verər zövqi-əbəd,Bir odur qəlbə təsəlli bəxş edən bu dünyada.
Etibar olmaz budaqda güllərin dövranına,Soldurar badi-xəzan, bu dövlətə yoxdur vəfa.
Eşq mülkündə əcəb qanun qoyulmuş müntəzəm,Bu sarayda zülm-adət, qan-mübahdır daima.
Gözlərin min işvə ilə öldürür min aşiqi,Heç kəsin qalmaz məcali, dəfini bilməz rəva.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qüdsinin hər nəğməsindən yarın ətri pəxş olur,Bir adındır bəxş edən ətri onun asarına.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-bir-seher-vaxtinda-birden-geldi-hatifden-nida
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəsimin baxışı ruhpərvərdir,Gül fəsli, gecəylə gün bərabərdir.
Dünyada bir yerdə olur şadlıq, qəmDünyada bir yerdə olur şadlıq, qəm,Şadlıq kədər ilə bağlanmış möhkəm.
Cünunluq etməyə maildir bəşərCünunluq etməyə maildir bəşər,Birində az olur, birində bətər.
Dörd heydən bir yerdə olmasa asarDörd heydən bir yerdə olmasa asar,O yerin əhlini bil əhli-məzar.
Başqa şairlərin şeirləri · Eşq
Adam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
GörməzmiBunca zülmdür mənə eylərsən,Adəm məgər heç insafa gəlməzmi.
Qəzəl: Nə bədxudur gözəllər hər kimi gördükdə nişlərNə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
Qəzəl: Gərçə gün kimi olub pak nəzərlər gustaxGərçə gün kimi olub pak nəzərlər gustaxQarşı durmaz sənə ayinə kimi hər gustax