Bica yerə etmir qaşına səcdə hər əhbab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bica yerə etmir qaşına səcdə hər əhbab,Çünki sayılar qiblə hər an guşeyi-mehrab.
Heyrətdəyəm, aya, nə edir bəhs münəccim,Basmış ki, sənin qul dağını alnına məhtab.
Dövlət diləyirsənsə, burax dövləti, varı,Bu ali yer olmaz sənə başqa cürə icab.
Pak eylə ürək qanını qəlbdən nə ki, gözdən,Dağlarda tutulmaz yolu, artar daha silab.
Üzdən görünər batini hər aşiqin əlbət,Dağ aldı dəvadən necə gör laleyi-sirab.
Dəvət eləmə sən məni artıq o behiştə,Mən istəmərəm ol yeri, var orda da xunab.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qüdsi, nə qəmi yansa cəhənnəmdə bu cismin,Od vurdu mənim qəlbimə bir mehri-cahantab.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-bica-yere-etmir-qasina-secde-her-ehbab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məna gülşəninin ustadı yenə,Belə güllər səpdi öz gülşəninə:
Qarı və harunBağdadda bir qarı yaşardı küsgün,Taleyi ömrütək zavallı, düşgün.
Xeyirli işin faydasıBir qocanı gördü cavan bir əmir,Ki, bağında zəhmət çəkib qoz əkir.
Ümidin boşa çıxmasıİş bilən, ağıllı, qoca bir dehqan,Bir gecə söylədi belə bir dastan:
Başqa şairlərin şeirləri
Əla, ey munisi-dirinə qazi,Yetirdin sinnini sittinə, qazi.
SənFüqarə mən, biçarə mən, yazıq mən,Bimürvət sən, sitəmkar sən, zalım sən.
Bağların bar vaxtı gəlYazda gələ bilmədin,Bağların bar vaxtı gəl.
Vətən oğluCanında canımız,Qanında qanımız olan oğul!