Gərçə gün kimi olub pak nəzərlər gustaxQarşı durmaz sənə ayinə kimi hər gustax

Düşsə göz yaşı kimi mey nəzərimdən nə olaGörə bilməm ki ləbinlə ola saqər gustax

Nola cəmiyyəti-tiğ ilə əgər dağıdasanÇöhrə olmuş yüzünə xətti-müənbər gustax

Ağladırlar məni mina kimi, güldürmək araGirməsin xubların bəzminə kafir gustax

Məni qan tərlədir ol ləl nə yüzdən, yarəbKi təbəssümlə açıb qönçəni eylər gustax

Verdi gül bir kinək ahım belinə rəşki məniKi səba çulğaşır ol zülfə, oynar gustax

Ey xoş ol məst ki bilməz kim özünü sözünüYalvarıb saqiyə cam və məzə istər gustax

Necə saqinin ayağını öpüm ya əliniKi həyadan öpə bilməm ləbi-saqər gustax

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq