İç şərabi-nab, özün, saqi, mənə məstanə baxGah çeşmi-şəfqət ilə, gahi bi-rəhmanə bax

Hər rəviş var eyləmə qət'i-nəzər aşiqlərdənBaxmasan şəfqət gözilə, barı bir rəhmanə bax

Ey ki dəmadəm yandığım kəyfiyyətin məndən soranTaqətin var isə ol bərqi-səbəb və cövlana bax

Aşiqəm mən, taətə nisbət verir zahid məniGör yalanın ol sözünü, bilməzin bühtanə bax

Rövşən istərsən könül ayinəsin, dildarı görGörmək istərsən əgər can cövhərin, cananə bax

Eşq dərdindən bəqayi-cavidan istər könülBelə daşqın seyldən təmir umar viranə bax

Qəmzə, yarəb, o gərdu, ya rəhm ol xunxarə kimEylə zalım gözlər ilə belə məzlumanə bax

Ey dil, ki badeyi-gülgün içib qan ağlamaBir əlində saqər mey, bir əlində qanə bax

Eşq rövşən rayidir, hüsn rəssam-məşşatəsinYa ələ ayinə al, ya Qövsi heyrana bax

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq