Hicrani-yar eylədi halu dilim xərab
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
Könlüm quşunu gör, necə puriztirabdır,Ol dami-zulfi-ənbərə düşmüş məgər uqab?
Dərdi-fəraqinlə tökər əşk gözlərim,Mirab nə etdi boylə ki, təqdir edər gulab?
Zahid məni o mahivəş eşqində mən edər,Pabənd olur o xalu xətti görsə şeyxu şəab.
Et bərkənar zülfünü ol ruyi-mahdan,Ta infəal eyləyə bir goydə afitab.
Bir qəmzə ilə cilvəgər ol mahvəşlərə,Ta munfəil olub - deyə, ya "ləyutə"ni turab.
Məqtə — şairin təxəllüsü olan son beyt. Nəvvabi-zarə eşq yolu munhərif olub,Nuri-ruxunlə gostər ona bir rahi-səvab.
Kitabxana.az · https://kitabxana.az/works/nevvab-hicrani-yar-eyledi-halu-dilim-xerab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aralıqda itib hökmi-şəriət,Xahişlərin eyləyirlər təriqət,
Qaradağ xanınaOtuz dəfə dad etmişəm sənə mənZahidlərə uymagilən ağa, sən.
Səthi-cahan gülüstana dönübdürXələt geyib zümrüddən ağaclar,Ciçəklərdən boynun əyib budaqlar,
Sultan HəmidəNərədə qalıb həzreti xeyriil bəşər,Hümmətinə şövq ilə etsin nəzər.
Başqa şairlərin şeirləri · Eşq
Ey dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Şəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirŞəha, ol zülfi-müşkinin nə ziba çinn-pürçindirKi, hər bir tari ol zülfin bəhayi-Çinü Maçindir.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Yağış yağar, yer doymaz...Sən narın yağış kimiElə hopmusan qəlbimə