Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.

Qoncə tək qan oldu bağrım gülüstani-dəhridə,Gül kimi pəjmurdə oldum, ey xudaya, dadə yet.

Bülbüli-şeyda kimi naləm cahanı culğadı,Gül səfasın gorməmiş oldum, ey xuda, fəryadə yet.

Badə vəslilə sərşar olmadım sağər kimi,Əşki-xunin ilə doldum, ey xuda dadə yet.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bir guluzlu yar vəslin görmədim Nəvvab tək,Covri-əğyar ilə soldum, ey xuda, fəryadə yet.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq

Yetir

Əsən yellər, bir Allahın eşqinə,Yazdığım naməni vətənə yetir.

Aşıq Nəcəf Əlimərdanlı1 dəq
Dərdimi

Allahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi

Naxçıvanlı Allahverdi1 dəq
Əzəl gündən bu dünyada olmamışdır əhli-vəfa

Görünməmiş öz əhdinə sadiq olan bir aşina.

Xaqani ŞirvaniQəzəl 221 dəq
Axır çərşənbə duası

İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!

Mirzə Əli Möcüz6 dəq