تا جهان است از جهان اهل وفائی برنخاست
تا جهان است از جهان اهل وفائی برنخاستنیک عهدی برنیامد، آشنائی برنخاست
گوئی اندر کشور ما برنمیخیزد وفایا خود اندر هفت کشور هیچ جائی برنخاست
خون به خون میشوی کز راحت نشانی مانده نیستخود به خود میساز کز همدم وفائی برنخاست
از مزاج اهل عالم مردمی کم جوی از آنکهرگز از کاشانهٔ کرکس همائی برنخاست
باورم کن کز نخستین تخم آدم تا کنوناز زمین مردمی مردم گیائی برنخاست
وحشتی داری برو با وحش صحرا انس گیرکز میان انس و جان وحشت زدائی برنخاست
کوس وحدت زن درین پیروزه گنبد کاندراواز نوای کوس وحدت به نوائی برنخاست
درنورد از آه سرد این تخت نرد سبز راکاندر او تا اوست خصل بیدغائی برنخاست
میل در چشم امل کش تا نبیند در جهانکز جهان تاریکتر زندان سرائی برنخاست
از امل بیمار دل را هیچ نگشاید از آنکهرگز از گوگرد تنها کیمیائی برنخاست
از کس و ناکس ببُر خاقانیآسا کز جهانهیچ صاحب درد را صاحب دوائی برنخاست
Əzəl gündən bu dünyada olmamışdır əhli-vəfa,
Görünməmiş öz əhdinə sadiq olan bir aşina.
Təkcə bizim ölkəmizdə vəfa yoxdur, zəni eləmə,
Yer üzünün heç yerində ondan bir iz yoxdur əsla.
Qanı qanla yu, qalmayıb rahatlıqdan heç bir nişan,
Öz-özünə həmdəm ol ki, tapılmayır dostdan vəfa.
İnsanların məzacında insanlığı az axtar ki,
Çalağanın yuvasından qanadlanmaz heç vaxt hüma.
Mənə inan, Adəmin ilk toxumundan bu vaxtadək,
İnsanlırın tarlasında bitməmişdir mərdümgiya.
Vəhşət basır, səhraya get, ünsiyyət tap vəhşilərlə,
İnsanların arasında vəhşətə yox tapan şəfa.
Bu fıruzə günbədin sən vəhdət təbli çal altında,
Çünki, vəhdət sədasından başqa yoxdur xoş bir səda.
Alt-üst elə sərin ahla sən bu yaşıl nərdtaxtanı,
Heç bir hərif oynamamış cığallıqsız taxtada.
Sən arzunun gözlərinə mil çək, barı görməsin ki,
Heç bir zindan qaranlıqda çata bilməz bu dünyaya.
Boş arzuyla əlac olmaz ürəyinin mərəzinə,
Çünki, təkcə kükürd ilə əldə edilməz kimiya.
Ey Xaqani, dünyada kəs və nakəsdən aranı kəs,
Heç bir dərdin sahibinə tapılmamış verən dəva.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-22
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
فرض کردهست بندگی کردن
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Ey dil, rəva deyil ki mən əğyarə yalvarımEy dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
Bağışla məniFamilyan Vəzirov vilayət xanı,Şərəfi Hatəmsən səxavət kanı,