پای گریز نیست که گردون کمانکش است
پای گریز نیست که گردون کمانکش استجای فراغ نیست که گیتی مشوش است
ماویز در فلک که نه بس چرب مشرب استبرخیز از جهان که نه بس خوب مفرش است
چون مار ارقم است جهان گاهِ آزمونکاندر درون کشنده و بیرون منقش است
با خویشتن بساز و ز کس مردمی مجویکان کو فرشته بود کنون اهرمنوش است
با هر که اُنس گیری از او سوخته شویبنگر که اُنس چیست مُصحف ز آتش است
عالم نگشت و ما و تو گردندهایم از آنکگردون هنوز هفت و جهت همچنان شش است
در بند دور چرخ هم ارکان، هم انجم استدر زیر ران دهر هم ادهم، هم ابرش است
خاقانیا منال که این نالههای توبرساز روزگار نه بس زخمهٔ خوش است
Qaçsan, fələk arxanca, bil, kaman çəkir,
Dünya xarablaşır, hamı ondan aman çəkir.
Olma fələklə dost, deyil xoş təbiəti,
Tərk et cahanı, burda qalan ələman çəkir.
Dünya bəzəkli bir ilana oxşayır ki, o,
Üzdən gözəldir, aləm işindən ziyan çəkir.
Əhrimən oldu cümlə mələklər zəmanədə,
Öz dərdinə qal, özgə ayaqdan yaman çəkir.
Yeddi fələklə altı cəhət heç dəyişməmiş,
Aləm bizi dəyişdirərək, imtahan çəkir.
Zəncirləmiş fələk yeri ulduzları, onun,
Olmuş minik atı gecə-gündüz, inan, çəkir.
Xaqani, ağlama ki, sənin ahü-naləni,
Dəhrin sazında nəğmə yerinə fəğan çəkir.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-21
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
A yoldaşlar, a qardaşlar,Son günümüz ağ olaydı.
Məhəmməd Əli bəy MəcruhəƏbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.
Sərgəştə könlümün yenə min müddəası varSərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
Açan-solan çiçəklərBən bir güldüm, açılmadan budağımdan dərdilər,Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,