انصاف در جِبلَت عالم نیامده است
انصاف در جِبلَت عالم نیامده استراحت نصیب گوهر آدم نیامده است
از مادر زمانه نزاده است هیچکسکو هم ز دهر، نامزد غم نیامده است
از موج غم، نجات کسی راست کو هنوزبر شط کون و فُرضهٔ عالم نیامده است
از ساغر زمانه که نوشید شربتیکان نوش، جانگزایتر از سم نیامده است
گیتی تو را ز حادثه ایمن کجا کند؟کو را ز حادثات امان هم نیامده است
دزدی است چرخِ نقبزن اندر سرای عمرآری، به هرزهْ قامت او، خَم نیامده است
آسودگی مجوی که کس را به زیر چرخاسباب این مراد فراهم نیامده است
با خستگی بساز که ما را ز روزگارزخم آمده است حاصل و مرهم نیامده است
در جامهٔ کبود فلک بنگر و بدانکاین چرخ جز سراچهٔ ماتم نیامده است
خاقانیا فریب جهان را مدار گوشکو را ز دَه، دو قاعده محکم نیامده است
Bu dünyanın zatında, bax, heç insafdan yoxdur əsər,
Rahatlıqçün, səadətçün yaranmayıb sanki bəşər.
Bu aləmdə dərdü qəmdən azad, rahat yaşamaqçün,
Zəmanənin anasından doğulmamış bircə nəfər.
Fəlakətin dalğasından təkcə onlar xilasdır ki,
Hələ varlıq yurdu olan bu dünyaya gəlməmişlər.
Kim içmişdir zəmanənin qədəhindən bir şərbət ki,
Öldürücü zəhərlərə olmamışdır o bərabər?
Söylə, necə qorusun ki, aləm səni bəlalardan,
Onun özü bəlalardan qorunmaqçün qalxan gəzər.
Fələk ömür sarayına lağım atan bir oğrudur,
Əbəs yerə əyilməmiş onun beli kaman qədər.
Asudəlik axtarma sən mavi çadır altında, gəl,
Aləm bilir, olmamışdır bir kimsəyə bu müyəssər.
Döz aldığın yaralara, Çünki, bütün insanlara,
Yara vurar, məlhəm verməz mürüvvətsiz bu fələklər
Matəmsora yaranmışdır, bax, bu aləm, anla bunu!
Sən fələyin mavi rəngli paltarına sal bir nəzər.
Ey Xaqani, bu dünyanın al sözünə qulaq asma!
Qayda budur, on sözündən ikisinə əməl edər.
Kitabxana.az · https://kitabxana.az/works/xaqani-qezel-20
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Yetişdi hesablar, doldu mətləbə,Şükür, üstümüzə çaldı bir günəş.
Heyrət, ey bit!Heyrət, ey bit, başda çövlanın keçal eylər məni,Ta ki, sən varsan cəmaət çox sual eylər məni.
FələkNeylmişdim sənə, ey çərxi-gərdunBizim ilə düşübsən inadə, fələk
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.