Bir günəş
Yetişdi hesablar, doldu mətləbə,Şükür, üstümüzə çaldı bir günəş.Çılpaqdı cəsədim, zəifdi atım,Genə derlər min, dağları bir gün aş.
Nə oğuldu, nə uşaqdı, nə bala,Nə xatadı, nə qəzadı, nə bəla.Könlüm yoxdu nə şəkərə, nə bala,İsidərlər, içirərlər bir gün aş.
Baxdı siyah taleyim də oldu gün,Açammazlar bağladığım ol dügün,Eşitsələr Xəstə Həsən öldügün,Çağırarlar, gəl məzarı bir gün eş.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-hasan-bir-gunes
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Övzai-çərx sanma ki, biixtilaf olur,Cuyi-zəmanə gah bulanır, gah saf olur.
Bir mürəbbi vü müsahib manidə iqrarədirBir mürəbbi vü müsahib manidə iqrarədir,Bu sözə inkar edənlər mürşidə inkarədir.
ŞərarəEy qələm! Yazmada atəşbar ol!Ey dili-qafil! Oyan, huşyar ol!
DönübdüPozuldu dövranım, nəs gəldi ilim,Mən gördüyüm o zəmanə dönübdü.