Əvvəl dörd kitabdan, hər bir hesabdan,Siftə qələm çalmış Hax birisinə.Kəbeyi-şərifdə, Sami mehrabda,Oxuyur katiblər: bax,birisinə.

Əzizim, Həbibim "Ya Rəsul’’, — dedi,Əyyub dərdə düşdü, "yara sil",一 dedi.Axdı qanlı hicran,"yarasil",一 dedi,Niyə nəhlət endi,bax,birisinə.

Xasta Hasan deyər: bir budaq üstə,Bayqunun məskəni bir budaq üstə.İki alma bitmiş bir budaq üstə,Biri şöylə verdi, bax birisinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri