Qəzəl: Əldən gedirəm sərvi-xuramanını görcək
Əldən gedirəm sərvi-xuramanını görcəkDildən düşərəm qönçeyi-xəndanını görcək
Hər çənd mənə tab verir muyi-miyanınBitab olurum zülfi-pərişanını görcək
Ey can alıcı gözləri şahbaz baxışlıŞahin yaşınır pəncəyi-müjganını görcək
Hər çənd səməndər kimi rizqim nəm oddurBağrım ərinir atəşi-hicranını görcək
Xurşid kim oldur fələyin çeşm çırağıPərvanələnir şəm'i-şəbistanını görcək
Dil zövrəqi neyləsin ki, əgər Nuh özü olsaGərdaba düşər çahi-zənəxdanını görcək
Bülbül necə yanında həyadan ağız açsınGül qönçələnir ləli-dürəfşanını görcək
Sinəmdə könül qönçeyi-sirabdır, ammaŞəbnəm tək ərir qətrə peykanını görcək
Rəhm eyləyib əhvalına küyündəki itlərFəryada gəlir Qövsi nalənini görcək
Kitabxana.az · https://kitabxana.az/works/qovsi-qezel-elden-gedirem-servi-xuramanini-gorcek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məxı istəmənəm dərdimi cananə desinlər,Əhvalımı ol zülfi-perişanə desinlər.
Mən məst idim, ol məstlə axır belə düşdümMən məst idim, ol məstlə axır belə düşdüm,Qıl fikrimi saqi ki, yaman müşkülə düşdüm.
Qəzəl: Zəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəZəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəKönlümün hər əqdəsi bir əqdi-gövhərdir mənə
Qəzəl: Gərçi artıq yaraşır ol cameyi-gülgün sənəGərçi artıq yaraşır ol cameyi-gülgün sənəHər nə geysən qaməti-mövzun edər mövzun sənə
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Adi bir insanam mən,Adidən də adiyəm.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar