Dilər könlüm ki yar əğyar ilə yar olmasın, yarəbCahan tavar olsun, yar əğyar olmasın, yarəb

Mənim tək bülbülün qan oldu bağrı xar qədrindənBu dil bilməzlərə heç kim giriftar olmasın, yarəb

Könül min dərdə dərman etmək üçün bir nigah istərSənin bimar çeşmindən ki bimar olmasın, yarəb

Nə lazım zahidə tərğibi-eşq, mən'i-zöhd etməkKim ol surət bu mənidən xəbərdar olmasın, yarəb

Müalicilər usanmış ahi-zarından, nə dildir buKi heç kafir evində belə bimar olmasın, yarəb

Əlində zahidin təsbihi min zünnar işi işlərKi kafirlər nəsibi belə zünnar olmasın, yarəb

Giran kamız ol əksü gecə bahalar mahi-Kən'anəSözümə bibəsirətlər xəridar olmasın, yarəb

Ayağa baş qoyub qəflət yatından pasiban olmuşQiyamətdə dəxi ol fitnə bidar olmasın, yarəb

Sənə Qövsi kimi çox vardı məhvəlayiz əl, ammaOntək var isə səndən özgəsi var olmasın, yarəb

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq