Ey olan Quran icazafərin bürhan sənəMədd-i bismillah mizani-ülüvvi-şan sənə

Zatına ol qürb ilə hacət deyil merac kimÖmürlər möhtac idi paybus üçün Keyvan sənə

Bəs deyil ol şövkəti-şan ilə cövlan etməyəTövsəni-gərdun, səməndi-lamakan meydan sənə

Zati-bi-şibhü-misalın bəs ki ali-qədrdirGündə min yol tazələr ərşi-bərin iman sənə

Bəs ki ehsan etməyə möhtacdır lütfün səninDəmbədəm ehsan uman səndən qılır ehsan sənə

Müxtəsər kaşanədir firdovs nisbət cudunaBir mühəqqər sərzəmindir ravzeyi-rizvan sənə

Kəsmə məndən guşeyi-çeşmi-tərəhhüm, ya NəbiEy mən və yüz min mən və Qövsi kimi qurban sənə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri