Təşnəyi-gülzari-dağı-laləzarəm, ah ah,Təxtəyi-məşqi-cünuni-nobaharəm, ah ah

Seyl viran eyləyən ev qabili-təmirdir,Neylim mən kim xarabi-ruzigaram, ah ah

Qüdrətim yox çərx evindən başım alıb çıxmağa,Bir özü bağlı, gözü bağlı şikaram, ah ah

Elə kim seylab önündə xar ü xəs pamal olur,Payimali-giryeyi-biixtiyaram, ah ah

Səydə gər yüz pərdə zəncir olsa mümkündür xəlas,Mən giriftari-kəməndi-zülfi-yaram, ah ah

Nalədən xali gələr gahi səpənd öz könlümü,Ah kim mən bizəbanam, biqəraram, ah ah

Heyf Qövsi, çərx sübhi pic ü tabım, heyf heyf,Ah neylim şəm'i-şami-intizaram, ah ah

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar