Yarəb, bu od nə oddur kim, düşdü cismü canə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yarəb, bu od nə oddur kim, düşdü cismü canə?Od düşdü bir ürəkdən bax cümleyi-cahanə.
Qorxum budur, nəhayət, qiyamətə şur salar,Bu fitnə ki, onunla qarışdı bu zamanə.
Tufan gərəkdir indi gül şaxəsin sovursun,Orda ki, miskin bülbül salmışdır aşiyanə,
Bağban ilə o gülçin nə mənfəət görəcək,Bir yazdan ki, oxşayır hər tərəfi xəzanə?
Hər könül ki, bəladan qorxub geri qaçmadı,--Mərdanə qarşı durdu bu zalim asimanə.
Mən susmuşam, etmərəm dərdlərimdən şikayət,Aman bu dərdlərdən ki, bənd vurmuşdur zəbanə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qüdsi, əcəb bənzərəm o zavallı bülbülə,Ki, əzilmiş qanadla atar can gülsitanə.
Kitabxana.az · https://kitabxana.az/works/bakixanov-yareb-bu-od-ne-oddur-kim-dusdu-cismu-cane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ah ki, o itmiş gözəldən pirəhən peyda deyil,Pirəhən yox, bəlkə bir beytül-həzən peyda deyil,
Aman ki, ol zalim canan ğarəti-can edib getdiAman ki, ol zalim canan ğarəti-can edib getdi,Bu sinəmi bir şuridə qələ, zindan edib getdi.
Arizu eylər könül dildar gəlsin, gəlmədiArizu eylər könül dildar gəlsin, gəlmədi.Zülfü kafər, gözləri xunxar gəlsin, gəlmədi.
Bica yerə etmir qaşına səcdə hər əhbabBica yerə etmir qaşına səcdə hər əhbab,Çünki sayılar qiblə hər an guşeyi-mehrab.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
"Can" desinYaradan yaradıb külli-aləmi,Arif olan bu fərmana “can” desin.
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.