"Can" desin
Yaradan yaradıb külli-aləmi,Arif olan bu fərmana “can” desin.Yeddi yer, yeddi göy, yeddi də damu,Səkkiz Cənnəti-Rizvana “can” desin.
On iki aya qərar qoyub – bir ildi,Altısı müttəsil, çox mötədildi,Üçü bəddi, həmrah olmaq müşgüldü,Qəsd eylər qovğaya, qana “can” desin.
Novruzda bahara deyərlər “bəli”,Gah kamala yetər, gah olar dəli.Gün vuranda, güneylərdən sel gəli,Qüzey istər, zimistana “can” desin.
Yazın bir ayında xoş keçsə illər,Zoğ verib rişədən, açılar güllər.Qışın zəmhəririn çəkən bülbüllərŞeyda olsun, gülüstana “can” desin.
Kükrər dağlar, bir-birindən deyini,Seçmək olmaz gədasını, bəyini.Fərvərdində səbzə libas geyini,Göydən yağan ağ neysana “can” desin.
Aranda qalanlar meyl eylər bağa,Isti vurar, bürkü dolar otağa.Bəzənər gözəllər, çıxar yaylağa,Mənzilgahlar ol mehmana “can” desin.
Yaylaq müntəzirdi, yolların gözlər,Boyun əyər bənövşələr, nərgizlər.Çeşməyə yetəndə gəlinlər, qızlar,Göllərdə çalxanan sona “can” desin.
Olar gözəllərin əhdi-peymanı,Alaçıq qurulcaq, kəsər qurbanı.Ələsgər şəninə desin dastanı,Fəxr eləsin, doğan ana “can” desin.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-can-desin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Məzlumların ümidisən, ey əsri-pürxətər!İzlər böyük addımlarını bir sürü bəşər!
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Açan-solan çiçəklərBən bir güldüm, açılmadan budağımdan dərdilər,Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.