Dəli Alı
Gün kimi aləmi tutubdu adı,İyidlər sultanı, xanı Dəli Alı.Pirim – Şahi-Mərdan verib muradı,Artırıb şövkəti, şanı Dəli Alı.
Götürüb süzəni, minəndə ata,Fələk “Əhsən!” deyir boya, büsata.Nərə çəkib təpinəndə saldata,Sel kimi axıdar qanı Dəli Alı.
Namərdlər əlindən çəkirlər haşa,Namuslu iyidsən, səni yüz yaşa!Tüfəngin gülləsi işləyir daşa,Tək qaytarır yüz düşmanı Dəli Alı.
Dərs alıbdı o, Əliyyi-əladan,Xof eyləmir Xeybər kimi qaladan.Gəzən zəlzələdən, yaman bəladanHifz eyləsin kərəm kanı, Dəli Alı!
Məclisində duran canlar sağ olsun!Həmişə məclisdə bu damağ olsun!Sərdar bağışlasın, üzün ağ olsun!Sən sürəsən bu dövranı, Dəli Alı!
Ələsgərin toy işi var əlində,İşi təhər tapıb Göyçə elində.Sənin kimi mərd iyidin yolundaQurbandı aşığın canı, Dəli Alı!
Kitabxana.az · https://kitabxana.az/works/elesger-deli-ali
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Şair olub şeir, dastan yazanın,Ellərin qəlbində yeri gərəkdir.
گر نه به چشم مردمی سوی تو بنگرد فلکخشم تو در دو چشم او مردمک استخوان کند
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.