Başına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,Əziz günlər seyrə gəştə çıxarlar,Geyinib yaşılı alı Təbrizin

Bilmirəm ki bu hesablar necədi,Adamları təmam lutu bəçədi,Səkkiz min məhəllə, dörd min küçədi,Olmaz boş yeri xalı Təbrizin

Aşıq Qərib söylər üç xanə bəndi,Heç saya gəlməz məscidi kəndi,Hindustandan gələr şəkəri qəndi,Gürcüstandan gələr balı Təbrizin

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri