Yetər
Bu gün bir əcayib gördüm,Təşbehi heyvana yetər;Ariflər, uzaq düşməyin,Nisbəti ilana yetər;Cəsədi qüdrətdəndi,Əməli insana yetər;Hərdən ki, nərə çəkər,Sədası ümmana yetər.
Yeddi bağırsağı var,Qarnında aşkar dolanır;Yalnız ki mən demirəm,Onu görən hamı qanır.Əjdahalar, pələnglərGörəndə candan usanır;Başını götürüb qaçar,Hərəsi bir yana yetər.
Dümbünü çəkibdilərCəsədindən yen ziyada;Adlanıb, isbatlanıb,Hər tərəfə salıb səda;Bəyləri minər gəzər,Heç yana getməz piyada;Nə ayağı yerdədi,Nə səri asmana yetər.
Məqədindən taam yeyir,Qəyy eyləyir dəhanından;O vaxtında qarşı duranGərək ki, keçsin canından;Üz görməz qardaşına,Xof eyləməz düşmanından;Hər kimə xişm ilə baxsa,Ölməsə də, cana yetər.
Onun xörəyini deyim,Təşbehi quş yumurtası;Qarnında zikr eləyir,Insana yetişir səsi;Dilini ona vuranda,Çıxır bir üryan balası;Qanadı yox, quyruğu yox,Uçar, biyabana yetər.
Hər kəsə nəfəsi dəysə,Ölməsə də gedər huşdan;Üç yerindən kəməri var,Qurşayıb zərü gümüşdən.Aşıq Ələsgər deyər:Hər kəs baş tapsa bu işdən,Ona bir tərif deyərəm,Gedər Alosmana yetər.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-yeter
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səba dost zülfünə şanə çəkəndə,Yayılar gərdənə ha bular, bular.
Ha lala çıxarAddadı zimistan, gəldi nobahar,İnşallah, dağlarda ha lala çıxar.
Həmayıl eyləŞahmar zülfün bədnəzərdən daldala,Çinlə gərdənində həmayıl eylə!
Narın üzKönül, sən ki düşdün eşqin bəhrinə,Narın çalxan, narın silkin, narın üz.
Başqa şairlərin şeirləri
Əla, ey həmdəmi-kəmlütfü kəmülfət, xudahafiz,Ğəmin həmrahi-candır, canə yüz minnət, xudahafiz.
ÇəkibdiCəlili-cabbarım, Qadiri-muxtar,Altı gündə bu dünyanı çəkibdi.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,