Əla, ey həmdəmi-kəmlütfü kəmülfət, xudahafiz,Ğəmin həmrahi-candır, canə yüz minnət, xudahafiz.

Deyildim layiqi-bəzmi-vüsal, ey məh, hüzurunda,Bu gündən böylə əğyar eyləsin söhbət, xudahafiz.

Səri-kuyində naləmdən rəqibim canə yetmişdi,Gəzər rahət, vəli çəkməz dəxi zəhmət, xudahafiz.

Qiyamət olmasa çəkməzdim əl canan vüsalından,Məni məhrum edən əğyarə yüz lənət, xudahafiz.

Qaçan zar ağlasam, ya eyləsəm yadi-vətən sənsiz,Nə məndə səbr var, nə səndə var mürvət, xudahafiz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gərək tərki-diyar etmək bu dəm, ey rəhmsiz, guyaNə məndə səbr var, nə səndə var mürvət, xudahafiz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran