Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var,Dili-zarımda mənim qanlı ciyərparəsi var.
Dili-əşkimi mənim salma nəzərdən, ey göz,Dut giranmayə onun səbəyi-səyyarəsi var.
Yar xalına baxan gözdə qaradan qalmaz,Demə aşiq ona kim, gözlərin qarəsi var.
Dami-təxsirə salır hər yetən azadələri,Qaşü göz, zülfün əcəb qəmzeyi-məkkarəsi var.
Sanma bikarə məni şahi-hünərməndanəm,Yığılıb başıma dəhrin nəki avarəsi var.
Rəngi zərdim yox əcəb əşk ilə gülgünə dönüb,Cigərimdə acı müjkan oxunun yarəsi var.
Küfrü zülfün sevəli kamil olub iymanım,Gərçi bu rəmzlərin şerdə kəffarəsi var.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bağlanmış silsileyi-kakilə könlüm möhkəm,Mən kimi yüz min onun Aşiqi-biçarəsi var.
Kitabxana.az · https://kitabxana.az/works/mehemmed-bey-asiq-nece-kim-ol-senemin-qemzeyi-xunxaresi-var
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Belə əhd eyləmişəm, ey bacı, cananım ilənBelə əhd eyləmişəm, ey bacı, cananım ilən,Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,