O qara tellərinə oğru deyim, ya rəhzən,Ya könlüm məmləkətin qarət edib badə verən.

O münəvvər yüzini gördü məgər ay ilə gün,Düşdülər dağa-daşa oldular avarə gəzən.

O gözü qaşın olub qətlim üçün amadə,Biri şəmşir çəkib, biri yayə düzən.

O xəttü xali-siyahın məxi-rüxsariLəşkəri-hindü həbəş türkə tapıb el deyəsən.

O qədü qamətə bax, gör nə qiyamət eylər,Rəşgdən bağə qaçıb guşə tutub sərviçəmən.

O hənalı əlinə, nola, mübarək deyələr,O ki şirin dilinə şəhdü şəkkərdir deyilən

Ağzına qönçə deyən kəslərin ağzın yummasan,Görsə bir gəz onu yüz yerdən açar qönçə dəhən

Şikəni-zülfdə dil naləsi keçdi həddən,O qara gündən onu qurtarın, allahı sevən.

Məqtə — şairin təxəllüsü olan son beyt. Dürfəşanlıq bu qədər eylədik, Aşiq, bəsdir,Hanı bu dəhrdə bir dərdə yetib qədr bilən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq