Mat qalmışam bu dövranın işinə,Heyranam vallahı, billahı, Qasım!Gah saz ilə nasaz, nasaz ilə saz,Gah olur naəhlin həmrahı, Qasım!

Gah görürsən birin sərəfraz eylər,Gah birilə çəm-xəm qılar, naz eylər,Gah birin götürüb biniyaz eylər,Yoluna gətirər kəmrahı, Qasım!

Görürsən ki, gahi acı tox eylər,Məhvəşlər zülfü tək azı çox eylər,Bir ağız ucuya varı yox eylər,Yoluna gətirər gəmrahı, Qasım!

Neylərik biz onu çox axtarmağı,Çünki varıq beş on günün qonağı,Gəl oturaq, duraq bu bahar çağı,Qüdrətə eyləyək nigahı, Qasım!

Aşiqi zar etmiş bir ənbərgeysu,Salıbdı canına bir qara qayğu,Yandırır, öldürür bir gözü cadu,Heç bilməz ki, nədi günahı, Qasım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri