Sizin yerdə nə adətdi Fərhada,Böhtan deyən aşinayə, sevdiyim.Qonaq ilə ev sahibin tanımaz,Oxuyasan yüz min ayə, sevdiyim.

Dizaq mahalının Fərhadı olub,Xosrovu Şirinin fəsadı olub,Hiylə bazarının ustadı olub,Nə deyərsən bu sevdaya, sevdiyim.

Aşığınam canü dildən, ey Pəri!Dərdi-fərağından oldum sərsəri,Eşq əhlinin yarı, nazlı dilbəri,Şikayət verən gün, ayə, sevdiyim.

Bilməzsən ki, ey məhbubi kamilə,Nəsihət etməzsən neçin cahilə,Belə iş yaraşmaz hərgiz aqilə,Qulaq asma hər ədnayə, sevdiyim.

Özün bir dərd əhli, bir qədirbilən,Danışıban deyən, oynayıb gülən,Aşiqin kuyuna durmayıb gələn,Dərdindən düşmüşəm payə, sevdiyim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq