Aşıq Pəriyə
Aşıq Pəri, bir göftügu eşitdim,Namizəd olmusan bir şux oğlana.Əgər doğru isə gözümüz aydın,Barı gəlməyəydin çeşmi-yamana.
Əhli-haldan yəqin kəsmisən ülfət,Nadan ilə tutdun rəsmi-məhəbbət,Sifariş qıl mana ey bimürüvvət,Deyən varmı görüm bu sözü xana.
Hər kəs ki yolunda çəkdi çox cəfa,Bir gün vüsalından görmədi səfa,Nə dilin var ey Pəriyi-bivəfa,Fərhadi-şirinər, Məlik Aslana.
Qəzanın işini əgər bilirdi,Əl çəkib dünyadan çətin ölürdü.Sıçrayıb qəbirdən dişrə gəlirdi,Yetsəydi bu xəbər ol Mirzəcana.
Aşiq seyr eylədi, gəzdi cahanı,Görmədi sən təki bir bivəfanı,Qoynun içindəki bağü bostanı,Nə hasil tapşırdın naşı bağbana.
Kitabxana.az · https://kitabxana.az/works/mehemmed-bey-asiq-asiq-periye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aldım qələmi namə yazam, yarə könüldən,Ya rəb, ola bir məhrəmi aparə könüldən.
Cahanda görmədim bir gün səvayi binəvalıqdanCahanda görmədim bir gün səvayi binəvalıqdan,Dəxi qurtarmardım bir dəm mən anda mübtəlalıqdan.
Mirzə Həsən VəzirovaƏla, ey həmdəmi-kəmlütfü kəmülfət, xudahafiz,Ğəmin həmrahi-candır, canə yüz minnət, xudahafiz.
Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi varNecə kim ol sənəmin qəmzəyi-xunxarəsi var,Dili-zarımda mənim qanlı ciyərparəsi var.
Başqa şairlərin şeirləri
Qutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Amma, millət a!Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!....Az zamanda nə sərəncam etdi?! Amma, millət a!....
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,