Başın üçün, sizin bazi-ənamiOn beş gündə alıb iki şikari,Birisi yüz ovla üç qanad uçmuş,Birisi bir yelpək kəbki-yəsari.

Olmaz belə şəfqət, belə mərhəmət,Canü dildən gərək ha çəkək minnət,Sərkari-alidə tapıb tərbiyət,Onunçün bu qədər çoxdu vüqarı.

Səhər gəmişərəm, axşam tutaram,Vaxt olur ki, meşələrdə yataram,Börkümü götürüb önnük ataram.Yad elərəm tez-tez pərvərdigarı.

Belə xana nüzul olmaz, belə qəm,Çarə olmaz buna, neyləsə aləm.Uçmadığı, almadığı cəhənnəm,Çağıranda ələ gələydi barı.

Gərəkdir götürüb dərəbədərəGəmişəydi bunu Tatvos, Mərkərə,Nə rəvadır mənim kimi çakərəBəxş edəsən belə tənbəl murdarı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri