Talıb bəy Vəzirova
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ayırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.
Dərgəhi-alidə bir mərtəbəyə irdi işin,Günbəgün düşməninə fəxr ilə sərkub oldun.
Az qalırdı edəsən zor ilə bəylərbəyilik,O qədər kim sən uca qədr ilə mənsub oldun.
Sonra bilmən, nə xəta eylədin, əya, mən tək,Düşdün əltafi-nəzərdən belə məyub oldun.
Olma Molla Səfi tək aldan hörülüdən ipək,Ya edən Səfiqulu buğdasın məğsub oldun.
Ya da Cəbrailə verib pulunu cəbrailli,Alıban o dədən Həsən bəy kimi mərtub oldun.
Ya gedib Talibi-Feyzullah olub fəxr etdin.Tutdun həqq canibini haböylə məğzub oldun.
Ya yüzindən qaçıb hər yerdə sənin NurəliO qədər dəftər açıb sahibi məktub oldun.
De görüb bəxt yenə sonra necə etdi mədəd,Xadimi-hazirənin silkinə mənsub oldun.
Məqtə — şairin təxəllüsü olan son beyt. Heç Talib belə mətlubinə irməz, şükr et,Əvvəli talib edən, axırı mətlub oldun.
Kitabxana.az · https://kitabxana.az/works/mehemmed-bey-asiq-talib-bey-vezirova
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var,Dili-zarımda mənim qanlı ciyərparəsi var.
O qara tellərinə oğru deyim, ya rəhzənO qara tellərinə oğru deyim, ya rəhzən,Ya könlüm məmləkətin qarət edib badə verən.
Yenə asudə ikən uğradım bir şux zibayəYenə asudə ikən uğradım bir şux zibayə,Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə.
Aşıq PəriyəAşıq Pəri, bir göftügu eşitdim,Namizəd olmusan bir şux oğlana.
Başqa şairlərin şeirləri · Fələk və tale
Sən gəldin dünyaya – bəxtəvər oldum,Açıldı qanadım, açıldı qolum.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
FələkEy yalançi çərxu-qəddar,Məni neylədin, fələk?
Tiği-cövrünlə könül, var yeri, bərbad olsaŞüşə əlbəttə sınar, düşməni fulad olsa.