Addadı zimistan, gəldi nobahar,İnşallah, dağlarda ha lala çıxar.Neçə şey halaldan dönər harama,Neçə şey haramdan halala çıxar?

Yar xəttiylə yazılıbdı a tarix,Mehtər bivec, əstər kökdü, at arıx.Gözəllər fövcünə qürə atarıx,Baxtım kora, şilə, ha lala çıxar.

Deyər Ələsgər, bağlayıbdı xala çar,Dər bağlıdı, indi gələr xala açar.Əsil bədöy mənzil kəsər, xal açar,Beygirin dünbündə hal† ala çıxar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri