Bəzənib, qurşanıb seyrə çıxan yar,Ala gözlü Səhnəbanım, yavaş get!Hər qıya baxanda, evlər yıxan yar,Cəllad olub tökmə qanım, yavaş get!

Mən sana aşiqəm, sən mana buta,Dəhanın bənzəyir qəndə, nabata.Ləbin tənə vurur abi-həyata,Qoynu cənnət-i rizvanım, yavaş get!

Ələsgərəm, oldum dəli, divana,At müjganın, sinəm qoydum nişana.Sallanışın bənzər huri-qılmana,Kəbəm, qibləm, din-imanım, yavaş get!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq