Ola bilməz
Sərraf yüz bəzəsə səngi-siyahı,Əsli – mütəlladı, ləl ola bilməz.Məkəs fəqan eylər zənbur sövtilə,Künhü yox, fəmində bal ola bilməz.
Qafil olma, dilim, düşmə həvəsdən,Hərcayı sözüylə incimə dostdan.Muşlar pələng olmaz, tülkülər aslan,Danalar meydanda kəl ola bilməz.
Ustad dərin, kamal dərin, söz dərin,Qoydun sinəm üstə eşqin közlərin.Qabiliyyətsiz, mərifətsiz qızlarınYüzü bir dərdmənd dul ola bilməz.
Müddətdi həsrətəm, camalın görəm,Mətləbimi Mürtəzadan dilərəm.Müxənnəsdə səxa, nakəsdə kərəm,Namərdin cibində pul ola bilməz.
Könül, doğru yoldan gəl olma kənar,Əyri yola gedən haqdan utanar.Bu, bir müəmmadı, ariflər qanar,Nadan bu elmdən hali ola bilməz.
Ələsgərəm, cəm eylərəm dəftəri,Mərdlərin vəsfidi dilim əzbəri.Naxçıvan xanları, Şəril bəyləriSəxada Səmədə qul ola bilməz.
Kitabxana.az · https://kitabxana.az/works/elesger-ola-bilmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Aşıq Alı, nə sevdaya düşmüsən,Bir gözəl salıbdı azara səni.
Ah kim, gör neylədi bu gərdişi-dövran bu günAh kim, gör neylədi bu gərdişi-dövran bu gün,Eylədi bir növcavanı xak ilə yeksan bu gün.
Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı varBəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var!Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var!
Haqdan peyğəmbərə salamAlimlər qövmüynən arifi aqil,Peyğəmbər mehraca dörd dəfə getdi.