Gələndə ustad kalamı,Köhnə yaram qan verir;Mövcə gəlir bəhri-çeşmim,Qətreyi-baran verir.Dənəni torpaq içindəGöyərdir kani-kərəm;Bir mələk müqərrar olmuş,Bizlərə ərzan verir.

Anlamaz, nadan eşitsə,Deyər, hədyandı bu söz;Əhli-irfan məclisindəLəlü mərcandı bu söz;Müxtəsəri, türki-zəban,Bil, “dəyirman”dı bu söz;Ab şəcərə, ahən səngə,Gör, necə cövlan verir.

Şindandan dən gəlməyəndə,Düşər bir qeyri hala;Dəhanından ataş qalxar,Ah çəkər, eylər nala;Qəzəbindən ləngər vurarHəm qabağa, həm dala;Hay verdikcə alov səpir,Dud qalxır, duman verir.

Haydı kola, xinzir oğlu,Şindi durma qarşıda!Paşol, malçi! Idi, durak!Səni verrəm padsuda!Oxuram “Inna fətəhna”,Mətləb allam yuxuda;Şahi-Mərdan nökəriyəm,Dərsimi pünhan verir.

Soruşur Aşıq Ələsgər:Dərsi kimdən almısız?Əbəs yerə saz götürüb,Elə qovğa salmısız.Üç kəlmə sözdən ötəriSiz ki mətəl qalmısız;Nahaqdı qürbət vilayət,Sizlərə dövran verir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri