Sidq dillə sığınmışamSübhana, yalvarıram;Məhəmmədə nazil olanQurana yalvarıram.Məzhəbim İmam Cəfərdi,Kəbədi qibləm mənim;İlqarımda çox möhkəməm,İmana yalvarıram.

Saldı şəhadət barmağın,Atdı dəri-Xeybəri;Hökm qıldı Zülfüqara,Iki böldü Əntəri.Çəkəndə “Allahu-əkbər”,Qırdı min-min kafəri.Zəlillərin ümidvarı,Möminlərin sərvəri;Şahi-Mərdan, Şiri-YəzdanMən ona yalvarıram.

Dar günümdə yetiş dada,Ədalət şahım mənim.Könlü qəmgin, gözü yolda,Artıbdı ahım mənim.Pərəstarım, ümidvarım,Sənsən, pənahım mənim.İsmimdi Aşıq Ələsgər,Çoxdu günahım mənim;Günahkar aparma məniDivana, yalvarıram!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri