Həkim, mənə o nüsxəni yazma sən
Həkim, mənə o nüsxəni yazma sən,Mənim dərdim başqa dərman istəyir.Bir cüt ulduz uzaq düşüb gözümdən,O gözləri könlüm yaman istəyir.
O pərişan saçlarının burmasıMəni belə eləyibdir pərişan.Hanı nazla oturması, durması,Hanı, hanı, o küsməmiş barışan?
Gözlərimi dumanladan yaşlarınQarşısında necə durum, dayanım?Hanı, azca çatılanda qaşlarımYarım sözdən ürəyimi duyanım?
Hanı qəmli çağlarımın qənimi,Hanı xoşbəxt günlərimin ortağı?Söz gülləsi yandırmamış sinəmiHanı onun canlı sipər olmağı?
Həkim, məni dava-dərman sağaltmaz,Durmağımı istəyirsən Əgər sən —O nüsxəni bir saatlıq görüş yaz,Bir saatlıq...Hikmətini görərsən!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-hekim-mene-o-nusxeni-yazma-sen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zərrəyə, kiçikliyə, cılızlığa yadam mən,İstəmişəm hər şeyin nəhənginə çatam mən.
İnsan qüdrətiDeyirlər hər nə varsa – səma da, ay da, gün dəYaranıb ki, sınasın insan iradəsini.
ÇörəkTəzəcə şumlanan torpağın ətriMəst edir,
Yer qazılırYer qazılır,Bir binanın bünövrə yeri...