Zərrəyə, kiçikliyə, cılızlığa yadam mən,İstəmişəm hər şeyin nəhənginə çatam mən.Nəhəng olsun məhəbbət –pultək xırdalanmasın,Nəhəng olsun nifrətim –kükrəsin, dayanmasın.Nəhəng olsun sevincim –sönməsin atəşi də,Nəhəng olsun kədərim –yandırsın günəşi də!Nəhəng olsun istəyim –necə Kür aşıb-daşır,Arzu kiçik olanda adam da cılızlaşır.Nəhəng olsun çörəyim –ölçüsüz yer şarıtək,Nəhəng olsun ürəyim –yurdun səhralarıtək.Nəhəng olsun süfrəmiz –bir səma içi olsun,Mənim ordan aldığım loxmaqoy kiçik olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri