O mənə zəng elədi, dedi: gözlərin aydınFilankəs öldü bu gün, Kaş orada olaydın.Nə intiqam alardın!.. Axır ki getdi, ha... ha...Qulaq asa bilmədim bu sözlərə bir daha.Əlimdə dondu dəstəkQara buz parçasıtək.Elə bil ki, bu anda ildırım məni vurdu,Danışanın sifəti gözüm önündə durdu.Ölən üçün həmişə o, qaloş cütləyərdi,Onun hər bir sözünə müti boyun əyərdi.“Öl” desəydi ölərdi, “qal” desəydi qalardı,Papiros çəkəndə də ondan izin alardı.Yaxın adamı kimi başına and içərdi.Onun üçün canından, var-yoxundan keçərdi.O bilirdi: ölənlə mənim aram sərindi,Ah, bu qaloşcütləyən, nələr deyir gör indi!Mən dəstəyi asmamış dedim: belimi əydin,Alçaq, onun yerinə, kaş sən özün öləydin!

* * *

Taleyim fırça deyil, qələm verdi əlimə,Günah məndə deyil, yox, məni töhmət eləmə.Mən rəssam olsa idim, sevimli qız, nə dərdim,Ömrüm boyu tək sənin surətini çəkərdim.Çəkərdim o gözləri, çəkərdim o qaşları,Yanağına tökülən o dalğalı saçları.Çəkərdim əllərini, şümşad barmaqlarını,O gözəl bədənini, gözəl ayaqlarını.Bircə şeyi bilmirəm, özün söylə sən mənə,Bilmirəm nə çəkərdim ürəyinin yerinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri