Yadına düşürəmmi?
Qaldı, arxada qaldı ömrün xöşbəxt illəri,İndi mənim əlimə dəymir sənin əllərin.Söylə, hərdən əsəndə soyuq payız yelləri,Dağılanda üzünə o pərişan tellərin,Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasındaSəninlə bir anlığa gəlib görüşürəmmi?Yadına düşürəmmi?
Səadət fürsətini qaçırdıq sən də, mən də,Onu köhlən at kimi salmalıydıq kəməndə.Hərdən sevda yolunu azıb dumanda, çəndə,Sənə ümid verəcək bir işıq görməyəndəBələdçi olurammı cığırlar arasında?Heç olmasa xəyalın dumanlı aynasındaSəninlə bir anlığa gəlib görüşürəmmi?Yadına düşürəmmi?
Gəl, indi xatırlayaq bütün olanları biz,Özümüz yazmalıykən hökmü biz, qərarı biz.Taleyin əllərinə verdik ixtiyarı biz,Günah kimdədir görən? Mən bilmirəm! Barı, bizBir nişanə qoymadıq xatirə dünyasındaHeç olmasa xəyalın dumanlı aynasındaSəninlə bir anlığa gəlib görüşürəmmi?Yadına düşürəmmi?
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-yadina-dusuremmi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
VerirBir mərdə qonaq gedəndə, gülə-gülə nan verir,Namərd bir mehman görəndə, görərsən ki, yan verir.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi